“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Mayın 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.

Ümumilikdə Bakının 12 inzibati rayonu üzrə komandalar sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Məktəbin çağırışaqədər hazırlıq rəhbəri polkovnik-leytenant Eldəniz Niftiyevin rəhbərlik etdiyi 236 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdlərindən ibarət Səbail rayon komandası paytaxtın 12 inzibati rayonu arasında 4-cü yeri tutub.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi