Şəhid övladlarına Novruz hədiyyələri təqdim edilib

Martın 18-də məktəbin direktoru Xanlar İmaməliyev məktəbin 2 “D” sinif şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun övladı Əhədzadə Uğur İlkin oğlu və şəhidin qardaşı oğlu Əhədzadə Ülvi Elvin oğluna və eyni zamanda qəhrəman şəhidimiz Əliyev Səbuhi Tahir oğlunun övladları məktəbin 0 “D” məktəbəhazırlıq qrupunun şagirdi Əliyev Uğur Səbuhi oğlu və məktəbin 2 “Ç” sinif şagirdi Əliyeva Xatirə Səbuhi qızına qarşıdan gələn Novruz bayramı münasibəti ilə hədiyyələr təqdim edib.

Xanlar İmaməliyev şəhid övladlarını bayram münasibətilə təbrik edərək Vətənini hər şeydən uca tutan qəhrəmanlarımızın övladları ilə bayramı birlikdə qarşıladığına görə çox məmnun olduğunu qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi