Məktəbdə Azərbaycan Gəncləri Günü qeyd olunub

Fevralın 2-də məktəbdə Azərbaycan Gəncləri Günü qeyd olunub.

Məktəbin direktoru Xanlar İmaməliyev məktəbin bütün gənc əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xanlar İmaməliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.

Sonda fəallıqları ilə seçilən məktəbin bir qrup gənc əməkdaşına gül və məktəbin Fəxri fərmanı təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi