Pedaqoji Şura məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşması mövzusuna həsr olunub

Fevralın 1-də məktəbin akt zalında ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilib. İclasda təhsilalanların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının və uşaq birliyi rəhbərinin 6 aylıq hesabatı dinlənilib.
Məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqlarının onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışılıb. İclasda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.