“Xoşbəxt məktəb mühiti” mövzusunda maarifləndirici seminarlar keçirilib

Fevralın 1-də məktəbin psixoloqları Fərid İsgəndərli, Vəcahət Əliyeva və uşaq birliyi rəhbəri Tünzalə Cəfərova müxtəlif siniflərdə “Xoşbəxt məktəb mühiti” mövzusunda maarifləndirici seminarlar keçiriblər.

Seminarların keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarət olub.

Məruzəçilər mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb.

Sonda şagirdləri maraqlandıran suallar psixoloqlar tərəfindən ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi