“FAB Boya və Kimya Sənayesi” MMC-yə ekskursiya təşkil olunub

Dekabrın 6-da məktəbin tədris köməkçisi Gülnarə Abbasova və riyaziyyat müəllimi Məleykə Quliyevanın təşəbbüsü ilə məktəbin 9 “Ç” sinif şagirdlərinin “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində olan fabriklərə ekskursiyası təşkil olunub.

Şagirdlər FAB Şirkətlər Qrupunun məsul əməkdaşı Günel Rüstəmovanın bələdçiliyi ilə fabriklərin istehsalat sahələrində məhsulların hazırlanma texnologiyası, analiz prosesləri, xammal və hazır məhsulun qablaşdırılması şəraiti ilə tanış olublar. Günel Rüstəmova fabrikin keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə bağlı məlumat verib, şagirdləri maraqlandıran sualları ətraflı cavablandırıb. Daha sonra şagirdlər FAB Akademiyasının boya məhsullarının keyfiyyətə nəzarət laboratoriyasında rəng çeşidlərinin hazırlanması üzrə sınaq təcrübəsi aparıblar. Ekskursiyanın sonunda mərkəzin əməkdaşları tərəfindən məktəbin müəllim və şagirdlərinə şirkətin hədiyyələri təqdim olunub və xatirə şəkli çəkdirilib.

Ekskursiyanın əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi