Peşələr Festivalında qonaq qismində iştirak ediblər

Dekabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Dənizkənarı Milli Parkın ərazisində Peşələr festivalı layihəsi çərçivəsində "Peşəni peşəkardan soruş!” devizi ilə sərgi keçirilib. Sərgidə məktəbin 8-11-ci sinif şagirdləri, rəhbər və müəllim heyəti iştirak ediblər.

Şagirdlər təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Festival çərçivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənib, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edib və peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi