Məktəbin fəxri fərmani ilə təltif olunub

Noyabrın 28-də məktəbin direktoru Xanlar İmaməliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi -  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzvü Azadə Əfəndiyeva tərəfindən 65 yaş həddinə çatmış məktəbin tarix müəllimi Zilxumar Qasımovaya məktəbin Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub. Tədbir iştirakçıları Zilxumar müəllimi 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona təhsil sahəsindəki səmərəli fəaliyyətində uğurlar arzulayıblar. Xanlar İmaməliyev Zilxumar Qasımovanın 40 illik pedaqoji fəaliyyəti haqqında fikirlərini bildirib, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib.

Zilxumar Qasımova məktəbin direktoru Xanlar İmaməliyevə göstərilən yüksək qayğıya görə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi