“Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışda fəal iştirak ediblər

Noyabrın 27-də Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Yollarda təhlükəsiz davranışı öyrənək” şüarı altında ümumtəhsil məktəblərinin şagirdləri arasında 3-cü intellektual yarış keçirilib.

Yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin edilməsi məqsədilə keçirilən yarışda məktəbin 7-8-ci sinif şagirdlərindən ibarət komandası iştirak edib. Onlara intellektual yarışda fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi