Məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirmə söhbətləri aparılıb

Noyabrın 24-də məktəbin psixoloqu Fərid İsgəndərov müxtəlif yaş qrupuna aid şagirdlərlə “Mənim səsim, mənim hüquqlarım“ adı altında uşaqlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirmə söhbətləri aparıb.

Fərid İsgəndərov haqqında danışılan mövzunun əhəmiyyətinə diqqət çəkərək, məişət zorakılığının bütün dünyanın gündəliyində duran vacib məsələlərdən biri olduğunu bildirib. Qeyd edib ki, belə müzakirələr zorakılığın qarşısının alınması, zərərçəkənlərin hüquqlarının qorunması və bu sahədə qanunvericilik praktikasının təkmilləşdirilməsi ilə yanaşı, qarşıya çıxan maneələrin aradan qaldırılmasına imkan verir.

Şagirdlərlə görüşlərdə, həmçinin uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə, cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi