“Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları” adlı görüş keçirilib

Noyabrın 24-də məktəbin psixoloqu Fərid İsgəndərov və həkimi Məlahət Atalıyeva məktəbin sinif otaqlarında müxtəlif yaş qrupuna aid şagirdlərlə “Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları” mövzusunda maarifləndirici görüşlərin keçirilməsini təşkil ediblər. Görüşlərin məqsədi şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarət olub. Söhbət zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Sonda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi