Maarifləndirici görüşlərdə narkomaniyanın fəsadlarından bəhs olunub

Noyabrın 21-də məktəbin psixoloqu Fərid İsgəndərov, həkimi Məlahət Atalıyeva, kimya-biologiya metodbirləşmə  sədri Mehparə  Səlimova, biologiya müəllimləri Təranə Yusifova və Sevinc İbadova məktəbin sinif otaqlarında müxtəlif yaş qrupuna aid şagirdlərlə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüşlər keçiriblər. Onlar çıxış edərək, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri, gələcəkdə ailə həyatında və reproduktiv sağlamlıqda yaratdığı fəsadlar barədə məlumat veriblər. Bildirilib ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Diqqətə çatdırılıb ki, cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilib. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işi daim diqqət mərkəzində saxlanılmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi