“Narkotik asılılıq və onun fəsadları” adlı sinif təşkilat saatı keçirilib

Noyabrın 17-də məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yaqut İslamovanın və məktəbin həkimi Məlahət Atalıyevanın təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda “Narkotik asılılıq və onun fəsadları” adlı sinif təşkilat saatı keçirilib.

Şagirdlərə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumatlar verilib. Gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib.

Sonda mövzu ilə əlaqədar suallar cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi