Maarifləndirici tədbir təşkil olunub

Noyabrın 16-da məktəbin psixoloqu Fərid İsgəndərov, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yaqut İslamova, uşaq birliyi rəhbəri Tünzalə Cəfərova və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan alveri və zorakılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Fərid İsgəndərov insan alverini bəşəri problem adlandırıb. O qeyd edib ki, hər il minlərlə insan istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanına çevrilir. Buna görə də ayıq-sayıq olmaqla yanaşı, hər kəs insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarına dəstək göstərməlidir.
Tədbirdə insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.