Hekayədəki obrazları canlandırıblar

Noyabrın 17-də məktəbin ibtidai sinif müəllimi Aynurə Cəlilova rəhbərlik etdiyi 4 “Ə” sinif şagirdlərinin istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərinin birində “Fantastika” otağında olublar. Şagirdlər ingilis yazıçısı Klayv Steyplz Lyuis tərəfindən yazılmış "Narniya xronikaları" adlı fantastik romanının bir hissəsi olan "Şir, cadugər və paltar şkafı" hekayəsini canlandırıblar. Onlar Narniyaya açılan paltar şkafına daxil olaraq sehirli aləmə düşüblər. Birlikdə Ağ cadugərin ordusuna qarşı vuruşub və qalib gəliblər. Xeyir qüvvələrin bütün şər qüvvələrə qalib gələ biləcəyini qəhrəmanlıqla nümayiş etdiriblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi