Balaca kulinarlar üçün master-klas təşkil olunub

Noyabrın 16-da məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyeva tərəfindən rəhbərlik etdiyi 3 "E" sinif şagirdləri ilə birgə onların asudə vaxtlarının səmərəli təşkili üçün uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərinin birində “Pizza man” adlı master-klas təşkil edib.

Şagirdlər burada müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim alan benefisiarlarla birlikdə pizza hazırlayıblar. Balaca aşpazlara kulinariya üzrə təlimçilər, peşəkar aşpazlar bələdçilik ediblər. Balaca kulinarlar pizzalar hazırlayaraq dadına baxıblar. Tədbir çərçivəsində şagirdlər mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim prosesi ilə tanış olublar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi