Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 14-də məktəbin akt zalında 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş 29 yaşlı baş leytenant Şəhriyar Əlibəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird heyəti, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhid baş leytenant Şəhriyar Əlibəylinin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra məktəbin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirilib.

Qeyd edək ki, Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Orta təhsilini Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhriyar Əlibəyli ölümündən sonra “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi