Şəhid Orxan İsmayılovun adını daşıyan sinifdə xatirəsi anılıb

Noyabrın 5-də məktəbin uşaq birliyi rəhbəri Tünzalə Cəfərova, məktəbin ibtidai sinif müəllimi İradə Sadıqova və onun rəhbərlik etdiyi 4 "G" sinif şagirdləri siniflərinin adını daşıdığı Vətən müharibəsi şəhidi Orxan İsmayılovun ailəsini ziyarət ediblər.

Şagirdləri sevgi ilə qarşılayan şəhidin ailəsi tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıqlarından söhbət açıblar.

Tünzalə Cəfərova şəhidin ailəsinə səbir diləyərək, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib. Şəhid Orxan İsmayılovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.

Orxan İsmayılov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən ugrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi