“Gənclik” parkında olublar

Noyabrın 4-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qıztamam Yaqubova məktəbin 6 “Ə” sinif şagirdləri ilə birgə onların asudə vaxtının səmərəli təşkili və dəyərləndirilməsi məqsədi ilə Bakının Xətai rayonu ərazisində yerləşən “Gənclik” parkına gəzintiyə çıxıblar.

İstirahət parkında salınan yaşıllıq, uşaqlar üçün əyləncə obyektləri, attraksionlar və digər müasir qurğulardan istifadə şagirdlərdə xoş ovqat yaradıb.

Şagirdlər parkda təqdim olunan paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm etdirən "Ürəklər" kompozisiyası önündə xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi