“8 Noyabr – Şanlı zəfər tariximiz” adlı tədbir keçirilib

Noyabrın 4-də məktəbin həyətində məktəbin uşaq birliyi rəhbəri Tünzalə Cəfərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova, musiq müəllimi İlahə Quliyeva, ibtidai sinif müəllimləri Aynurə Cəlilova, Vəfa Əliyeva, İradə Sadıqova, Lyudmila Əliyeva, Aysel Hüseynzadə, Nərmin Pənahova, Gülnar Məmmədova və Aygün Zeynalovanın təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr – Şanlı zəfər tariximiz” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Xanlar İmaməliyev 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb. Qeyd edib ki, 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik mesajları ölkəmizi yalnız regionda deyil, eyni zamanda, beynəlxalq müstəvidə də problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib.

Tədbir məktəbin yaradıcı kollektivinin təşkil etdiyi vətənpərvərlik mahnılarından, şəhidlərimizin xatirəsinə həsr olunan musiqilərdən ibarət “Böyük Qələbə” adlı konsert proqramı ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi