Fəxri fərman təqdim edilib

Sentyabrın 12-də Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Tədbiri giriş sözüylə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Toplantıda Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova və 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib.

Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını biliriblər.

Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov tərəfindən fəxri fərman təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi