“Zəfər dastanı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Oktyabrın 26-da məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yaqut İslamovanın təşəbbüsü ilə məktəbin yuxarı sinif şagirdləri arasında “Zəfər dastanı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, Azərbaycanın tarixi Qələbəsini təbliğ etmək, həmçinin istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şərait yaratmaqdan ibarət olub.

Müsabiqədə ilk üç yeri tutan məktəbin 8 “E” sinif şagirdi Pənahlı Məsmə Ruhin qızı, 8 “A” sinif şagirdi Ağazadə Fatimə Məmmədbağır qızı və 8 “Ə” sinif şagirdi İbrəhimli Gülay Anar qızı məktəbin diplomu ilə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi