Şagirdlərin tarixi abidələrə ekskursiyası təşkil olunub

Mayın 8-də məktəbin ibtidai sinif müəllimi Nüşabə Ağamirzəyeva rəhbərlik etdiyi 3 “B” sinif şagirdləri ilə birgə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.

Ziyarət zamanı şagirdlər Qala Qoruğu ilə yaxından tanış olub, onlara qoruğun tarixi və etnoqrafiyası haqqında geniş məlumat verilib.

Şagirdlər “Atəşgah məbədi”nin tarixi, Azərbaycanda qədim dini etiqadlar, tarixboyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri haqqında faydalı biliklər əldə ediblər və onlara buradakı eksponatlar barədə ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi