“Heydər Əliyev – 100 il” adlı fləşmob keçirilib
Mayın 8-də məktəbin ibtidai sinif müəllimləri Gülnarə Zeynalova və Vəfa Əliyevanın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100 il” adlı fləşmob keçirilib.
Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin həyətində Dövlət Himni səsləndirilib və şagirdlərin iştirakı ilə “Sən elə bir zirvəsən ki…” musiqisinin sədaları altında fləşmob nümayiş olunub.