Voleybol turnirinin püşkatma mərasimi

28 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin akt zalında Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasına həsr olunmuş voleybol turnirinin püşkatma mərasimi keçirilmişdir.
Tədbirdə məktəbin fiziki tərbiyə müəllimi Yadulla Nağızadə də iştirak etmişdir. Püşkatma mərasimi zamanı turnirin təşkilati məsələləri müzakirə olunmuş, iştirak edən komandalar arasında oyun cütləri müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, turnirdə 2010–2011-ci il təvəllüdlü gənclərdən ibarət ABAD məhəllə komandaları iştirak edəcəkdir. Bu idman tədbirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq, komanda ruhunu gücləndirmək və gəncləri idmanın inkişafına cəlb etməkdir