Maraqlı və yaddaqalan ekskursiya

    27 aprel 2025-ci il tarixində sinif rəhbəri Telli Alızadə 7"a"sinif şagirdləri üçün yaddaqalan bir ekskursiya təşkil etmişdir. Şagirdlər Dreamland Əyləncə Mərkəzində müxtəlif attraksionlarda əylənərək xoş vaxt keçirdilər. Gülüş, dostluq və enerji dolu anlardan sonra günün ikinci hissəsində şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş filmin 2-ci hissəsini izlədilər. Film vasitəsilə onlar böyük xeyriyyəçinin xalqımız üçün göstərdiyi xidmətlərlə daha yaxından tanış oldular. Bu ekskursiya şagirdlərin həm istirahət etməsi, həm də tarixi biliklərini artırması baxımından çox faydalı və maraqlı olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi