“Konstitusiya və Suverenlik İli” çərçivəsində sinif təşkilat saatı

23 aprel 2025-ci il tarixində sinif rəhbəri Telli Alızadənin təşkilatçılığı ilə 7 "a" sinfində “Konstitusiya və Suverenlik İli” çərçivəsində sinif təşkilat saatı keçirilib.
Məqsəd şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası, onun əsas prinsipləri və suverenlik anlayışı haqqında məlumat verməkdir. Təşkilat saatı zamanı Telli müəllimə şagirdlərə Konstitusiyanın tarixi, qəbul olunma prosesi və Ulu Öndər Heydər Əliyevin bu sahədəki rolu haqqında ətraflı danışıb. Şagirdlər mövzu ilə bağlı suallar cavablandırıb, fikir mübadiləsi aparıblar və qısa təqdimatlarla çıxış ediblər. Təşkilat saatı maraqlı və maarifləndirici şəraitdə keçib.