“Ulu Öndər Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda yaradıcı dərs

   23 aprel 2025-ci il tarixində fənn müəllimi Türkan Məmmədova tərəfindən 8 "b" sinfində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda yaradıcı dərs keçirilmişdir. Məqsəd şagirdlərə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini, hüquqi dövlət quruculuğundakı rolunu və bu sənədin ölkənin inkişafında oynadığı əhəmiyyətli rolu izah etmək olmuşdur. Dərs zamanı şagirdlərə interaktiv təqdimatlar nümayiş etdirilmiş, video materiallardan istifadə olunmuş və mövzu ilə bağlı qrup işi təşkil edilmişdir. Şagirdlər Ulu Öndərin irsini dərindən öyrənərək fikirlərini sərbəst şəkildə ifadə etmiş, Konstitusiyanın əsas prinsipləri üzərində maraqlı müzakirələr aparmışlar. Dərsin sonunda müəllim şagirdlərin fəallığını yüksək qiymətləndirərək onları təşviqedici fikirlərlə motivasiya etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi