“Sağlam və rasional qidalanma” mövzusunda sinif tədbiri

    23 aprel 2025-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Naibə Rəşidova tərəfindən 3"b" sinfində “Sağlam və rasional qidalanma” mövzusunda sinif tədbiri təşkil olunmuşdur. Məqsəd şagirdlərə sağlam qidalanmanın vacibliyini anlatmaq, düzgün və balanslı qida seçiminin sağlam həyat tərzində oynadığı rolu izah etməkdir. Uşaqlar meyvə, tərəvəz, süd məhsulları kimi faydalı qidalar haqqında məlumat əldə etmiş, həmçinin şəkərli və zərərli qidalardan uzaq durmağın əhəmiyyətini öyrənmişlər. Tədbir ərzində interaktiv təqdimatlar, şəkilli materiallar və maraqlı sual-cavab oyunları keçirilmişdir. Şagirdlər mövzuya böyük maraq göstərmiş və tədbirdə fəal iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi