“Sağlam və rasional qidalanma” istiqamətində dəyirmi masa

22 aprel 2025-ci il tarixində fənn müəllimi Sovqat Kelbiyeva tərəfindən 6"ç" sinfində “Sağlam və rasional qidalanma” istiqamətində dəyirmi masa təşkil olunub.
Tədbir zamanı şagirdlərə düzgün və balanslı qidalanmanın əhəmiyyəti, sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib. Şagirdlərin aktiv iştirakı ilə keçirilən müzakirələr zamanı onlar müxtəlif qidalanma vərdişləri haqqında fikir mübadiləsi aparıblar. Dəyirmi masa maarifləndirici xarakter daşımaqla yanaşı, şagirdlərin sağlam həyat tərzinə olan marağının artırılmasına da töhfə vermişdir.