"Nəsillərə nümunə ömür yolu" adlı dəyirmi masa

    28 aprel 2025-ci il tarixində fənn müəllimləri İlahiyə Allahverdiyeva və Ülkər Şirinovanın təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Nəsillərə nümunə ömür yolu" adlı dəyirmi masa keçirilmişdir.

Məqsəd şagirdlərə Zərifə Əliyevanın zəngin həyat və fəaliyyət yolunu tanıtmaq, onun elm və səhiyyə sahəsindəki əvəzsiz xidmətlərini, yüksək insani keyfiyyətlərini təbliğ etmək olmuşdur. Dəyirmi masa zamanı şagirdlər Zərifə Əliyevanın həyatının müxtəlif mərhələləri, elmi nailiyyətləri və insanpərvər fəaliyyəti barədə təqdimatlar etmiş, maraqlı faktlar paylaşmış və fikir mübadiləsi aparmışlar. Onlar alimin oftalmologiya sahəsində qazandığı uğurları və tibb elminə verdiyi töhfələri böyük maraqla dinləmişlər. Tədbir, şagirdlərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, elmə və biliyə marağın artırılmasına, eləcə də dahi şəxsiyyətlərin örnək həyat yolundan motivasiya almalarına xidmət etmişdir. Dəyirmi masa, həmçinin Zərifə Əliyeva kimi böyük şəxsiyyətlərin xatirəsinin yaşadılmasının gənc nəsildə vətənpərvərlik və insanlara xidmət ruhunu gücləndirdiyini bir daha nümayiş etdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi