Qarabağ – tariximizin və mədəniyyətimizin ayrılmaz parçasıdır

   7 sentyabr 2024-cü il tarixində məktəb direktorunun təşəbbüsü ilə, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçının rəhbərliyi altında məktəbin bir qrup işçi heyəti üçün Xankəndi, Şuşa, Əsgəran, Xocalı və Ağdama unudulmaz ekskursiya təşkil olunmuşdur. Bu səfərin məqsədi yalnız Qarabağın tarixi yerlərini ziyarət etmək deyil, həm də onun zəngin mədəni və tarixi irsini daha yaxından tanımaq idi. Ekskursiya iştirakçıları Ağdamda Cümə məscidini, Şuşada İsa bulağını, Çıdır düzünü, Vaqif türbəsini, Böyük Gövhərağa məscidini, güllələnmiş heykəlləri, Natəvan bulağını və Şuşa qalasını ziyarət etdilər. Hər bir məkan Qarabağın tarixindəki əhəmiyyətini bir daha xatırlatdı və burada baş verən hadisələrin dərin düşüncələrə səbəb olmasına yol açdı. Bu səfər iştirakçılara təkcə tarixi dərs deyil, həm də dərin mənəvi hisslər bəxş etdi. Ali Baş Komandanın dəmir yumruğu və qəhrəman oğullarımızın fədakarlığı sayəsində bu torpaqlarda azad və başıuca yaşamağın əhəmiyyətini bir daha dərk etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi