Tədris ilinin yekunlarına həsr olunmuş sonuncu pedaqoji şura iclası

    Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq məktəbin direktoru Seymur Yusibovun rəhbərliyi ilə 28 iyun 2024-cü il tarixində tədris ilinin yekunlarına həsr olunmuş sonuncu pedaqoji şura iclası keçirilib. İclasda əsasən məktəbdə əldə edilmiş nailiyyətlər, buraxılış imtahanlarında şagirdlərin nəticələri, təşkil edilmiş tədbirlər, tədris ili ərzində keçirilən monitorinqlərin nəticələri, yay tapşırıqlarının verilməsi və layihə olimpiadalarında əldə edilmiş uğurlar ətraflı şəkildə müzakirə olunub. Bundan başqa cari məsələlərin də müzakirəsi aparılıb. Müəllimlər müzakirə edilən məsələlərlə bağlı öz münasibətlərini bildiriblər. Sonda məktəbin direktoru Seymur Yusibov bütün pedaqoji kollektivə yay məzuniyyətinə getdikləri üçün uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi