Neon Sənət Muzeyinə ekskursiya

   9 iyun 2024-cü il tarixində sinif rəhbəri Oksana Vorobyovanın rəhbərliyi ilə 5ç sinif şagirdləri Neon Sənət Muzeyinə ekskursiya ediblər. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir. Muzeydə döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülmüşdür. Bu rənglər işıq olmadıqda da işləyir və qaranlıqda heyratamiz parıltı effekt yaradır. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılıblar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi