Zirə Eko Parka ekskursiya

    5 iyun 2024-cü il tarixində sinif rəhbəri Sevda Rüstəmova şagirdləri ilə birgə Zirə Eko Parka ekskursiya etdilər. Sinif rəhbəri tərəfindən şagirdlərə Eko Park və həyətyanı sahədə olan bitkilər, ağaclar barədə ətraflı məlumat verildi.Xalça mərkəzinə baxış keçirildi, xalça növləri barədə çox geniş məlumatlar əldə etdilər. Şagirdlər parkda saxlanılan müxtəlif quş növlərinə baxdılar. Eko Parkla tanışlıqdan sonra,xırda atraksionlar, piknik guşəsində şagirdlər əyləncəli şəkildə dincəldilər. Sonda birlikdə "Xəyal dostum" adlı filmə baxdılar. Beləliklə, şagirdlər asudə vaxtlarını gözəl, maraqlı və əyləncəli keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi