"Xocalıların kədəri və ümidi" mövzusunda inşa-yazı müsabiqəsi

 13 fevral 2024- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qasımovanın təşkilatçılığı ilə V siniflər üzrə "Xocalıların kədəri və ümidi " mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

 Müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, şagirdlərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

 İnşa yazıları münsiflər tərəfindən yoxlanılıb, qaliblər müəyyənləşdikdən sonra məktəb rəhbərliyi tərəfindən diplomlar veriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi