3b sinfində "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda sinif təşkilat saatı keçirilib

  12 fevral 2024-cü il tarixdə məktəbin Fəaliyyət Planına uyğun olaraq ibtidai sinif müəllimi Elnarə Əhmədzadənin təşkilatçılığı və 3b sinif şagirdlərinin iştirakı ilə "Yol hərəkəti qaydaları uşaqların gözü ilə”" mövzusunda sinif təşkilat saatı keçirilib.

 Məqsəd uşaqların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

 Sinif rəhbəri yol hərəkəti və yollarda təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib və qeyd edib ki, hər bir şagird yol qaydalarını bilməlidir.Çünki həyatı və təhlükəsizliyi bundan asılıdır. Daha sonra şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı təqdimatları dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi