2 Fevral - Gənclər günü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

02 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Mövzu ilə əlaqədar məktəbin tarix müəllimi Təranə Əliyeva rəhbəri olduğu sinfin şagirdləri ilə birgə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya çərçivəsində şagirdlər mərkəz ilə yaxından tanış olublar və Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Uu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi