"Qanlı Yanvar-xalqımızın müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsidir" başlığı altında tədbir keçirilib

19 yanvar 2024-cü il tarixdə Ülkər Şirinova və Türkan Məmmədovanın təşkilatçılığı və rəhbəri olduğu sinif şagirdlərinin iştirakı ilə "Qanlı Yanvar-xalqımızın müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsidir" başlığı altında tədbir keçirilib. Tədbirdə Pirallahı rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Arzu Cahangirova, 44 günlük Vətən Müharibəsi qəhrəmanı, qazi İqbal Səfərov da iştirak etdi. Tədbirin keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirib, qəhrəmanlıq, vətənpərvərlik ruhunda şeirlər, mahnılar söyləyiblər.

Tədbirdə natiqlər çıxış edərək şagirdlərə Azərbaycanda həmin illərdə baş verən tarixi hadisələrdən, onların nəticələrindən və azadlığımızı necə çətinliklə əldə etdiyimizdən danışdılar. Bildirildi ki, Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü.

Daha sonra şagirdlərin hazırladıqları kompozisiyalara baxıldı və şeirləri dinlənildi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi