“Qanlı və Şanlı tarix" mövzusunda sinif təşkilat saatı keçirilib.

 

17 yanvar 2024-cü ildə ibtidai sinif müəllimi Arzu Məmmədovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qanlı və Şanlı tarix" mövzusunda sinif təşkilat saatı keçirilib.

Sinif təşkilat saatı keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

Arzu Məmmədova Vətən, millət uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad etməyi hər bir gəncin mənəvi borcu olduğunu bildirdi.  Sonda şagirdlər hüzn və qürur tariximizə həsr olunan şeirlər səsləndiriblər, mövzu ilə bağlı fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi