“ Qan yaddaşımız” adlı sinif saatı keçirildi

15 yanvar 2024-cü il tarixində məktəbin rus bölməsinin 1c sinfində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “ Qan yaddaşımız” adlı sinif saatı keçirilib. Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sinif müəllimi Abdulrəhmanova Fəridə təhsilalanlara 20 Yanvar gecəsi baş verənlər haqqında  ətraflı məlumat verib. Daha sonra videoçarx izlənilib və sinif müəllimi şagirdlərin bu günü unutmamasını,şəhidlərimizi daima yad etməyin bizim borcumuz olduğunu vurğulayıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi