20 Yanvar faciəsi ilə əlaqədar sinif saatı keçirilib

20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır.

20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ərəfəsində məktəb kollektivi və şagirdlər günün unudulmaması məqsədi ilə anım gününə maraqla hazırlaşıb. Siniflərdə sinif saatları,rəsm müsabiqəsi keçirilib,divar qəzetləri hazırlanıb.

15 yanvar 2024-cü il tarixdə məktəbin Azərbaycan bölməsinin 4c sinfi sinif müəllimi Salayeva Elnarə ilə birlikdə 20 Yanvar şəhidlərini yad edib. Təhsilalanlar faciəvi gün haqqında araşdırma aparıb, şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi