Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol yarışı keçirilib

18 dekabr 2023-cü il tarixdə Pirallahı rayonu üzrə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol yarışı keçirilib. Yarışda rayonun beş məktəbi iştirak edib. Finala 168 nömrəli tam orta məktəblə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəb çıxıb. Görüşün nəticəsi olaraq Yavər Əliyev adına 235 nömrəli tam orta məktəb 1-ci yerə layiq görülüb. Beləliklə də 235 nömrəli tam orta məktəbin komandası rayon birincisi olaraq, qızıl medal və kubokla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi