Məktəbdə VII və IX sinifləri üzrə monitorinq təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə 14 dekabr 2023-cü il tarixdə VII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirilib. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilir.

Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi