Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar nümunəvi dərs keçirilib

Xalqımız 12 dekabrı ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu öndərin anım günü ilə əlaqədar olaraq 12 dekabr 2023-cü il tarixdə 2a sinfində nümunəvi dərs keçirilib. Sinif müəllimi Şəhla İsmayılova Heydər Əliyevin həyat yolundan danışıb. O, Ulu Öndərin uşaqlara qayğısını, Vətənə sevgisini xüsusi ilə vurğulayıb. Daha sonra şagirdlər Heydər Əliyev haqqında müxtəlif şeirlər söyləyib, hazırladıqları referatları təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi