Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sinif saatı keçirilib

Bakı şəhəri Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Samirə Hüseynova tərəfindən 1a sinfində Ulu Öndərin anım günü ilə əlaqədar sinif saatı keçirilib. Sinif saatında ilk öncə Ulu Öndərin həyat yoluna həsr olunmuş videoçarx izlənilib. Daha sonra Samirə Hüseynova Heydər Əliyevin xalqımızın həyatındakı mühüm rolunu, xalqımızı üçün etdiyi fədakarlıqları barədə balaca fidanlara geniş məlumat verib. Daha sonra şagirdlər  “Heydər baba” adlı şeir kompozisiyası söyləyib və Ulu Öndərin bizə miras qalan aforizmlərini deyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi