“Əbədiyaşar Ümummilli Lider” başlığı altında tədbir keçirilib

Ulu öndərin anım günü ilə əlaqədar olaraq 12 dekabr 2023-cü il tarixdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Əbədiyaşar Ümummilli Lider” başlığı altında tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Türkan Məmmədova bildirib ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət,  xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Tədbirin sonunda məktəblilər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi