1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar "Həyatı puç edən gizli əcəl" adlı tədbir keçirilib

01 dekabr 2023-cü il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin Biologiya müəllimləri Allahverdiyeva İlahiyə və Kelbiyeva Sovqat tərəfindən 11-ci sinif şagirdləri ilə "Həyatı puç edən gizli əcəl" adlı tədbir keçirildi. Məqsəd şagirdləri bu xəstəlik və onunla mübarizə barəsində maarrifləndirmək idi. Müəllimlər geniş yayılmış müxtəlif mənşəli infeksion xəstəliklərdən biri olan QİÇS barədə söhbət açdılar. Statistik məlumatlardan misal gətirərək xəstəliklərə yoluxan insanların artmaqda olduğunu, bunun insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində yarandığını bildirdilər. Hər bir kəsin öz çevrəsində maariflənmə işlərinin aparmağının və zərərli vərdişlərdən qorunmağının vacib olduğunu vurğuladılar. Onlar eyni zamanda şagirdləri maraqlandıran suallara ətraflı cavablar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi