"8 Noyabr - Zəfər günü" nə həsr edilmiş rəsm müsabiqəsi

  07 noyabr 2023-cü il tarixdə təsviri incəsənət müəllimi Şəfiqə Məmmədovanın təşkilatçılığı ilə məktəbin Kiçik Akademiya üzvlərinin iştirakı ilə "8 Noyabr - Zəfər günü" nə həsr edilmiş rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini aşılamaqdan ibarət olmuşdur. Müsabiqədən öncə məktəbin Kiçik Akademiyasının prezidenti Sevda rüstəmova və təsviri incəsənət müəllimi Şəfiqə Məmmədova şagirdlərə bildirdilər ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Otuz il işğal altında olan torpaqlarımızın azad edilməsində, tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərin şücaətindən danışan müəllimlər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla anılacağını bildirmişlər.
Müsabiqəyə ayrılmış vaxt ərzində şagirdlər təsviri-sənət janrına müraciət etməklə müsabiqənin mövzusuna uyğun rəsmlər çəkiblər. Mövzu üzrə rəsmlər A3 ölçüdə kağız üzərində sərbəst texnika ilə (karandaş, flamaster, diyircəkli və rəngli qələm, pastel, quaş, sulu boya və s.) işlənib. Seçim zamanı mövzunu əhatə edən rəsmlər nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi