“08 Noyabr-Zəfər günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

   04 noyabr 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyəti və Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən məktəblilər arasında “08 Noyabr-Zəfər Günü” münasibətilə şahmat yarışı keçirilmişdir.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra isə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılışdan sonra  Pirallahı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək Azərbaycan xalqının şanlı Zəfər Salnaməsindən bəhs etmiş, Böyük Qələbəmizin milli yaddaşımızın qızıl fondu olduğunu vurğulamışdır. Natiqlər, daha sonra turnir iştirakçılarına uğurlar arzu etdilər. Şahmat turnirində Y.Əliyev adına 235 nömrəli tam orta məktəb 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır. 
Qalib komandalara kubok, diplom və medallar təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi